Daha bir ulduz Səudiyyə Ərəbistanında parlaya bilər

"Çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanq karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda məşhur idman jurnalisti Fabrisio Romano məlumat paylaşıb.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının bir neçə klubu 34 yaşlı qabonlunun xidmətində maraqlıdır.

Qeyd edək ki, 2022-ci ildən "Çelsi"nin formasını geyinən Obameyanq 21 oyunda 3 qol və bir məhsuldar ötürməyə imza atııb.

Transfermarkt portalında onun dəyəri 4 milyon avro göstərilir.