Daha bir ulduz söndü...

"Real Sosyedad"ın yarımmüdafiəçisi David Silva futboldan getdiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, 37 yaşlı ispaniyalı karyerasını başa vuracağı ilə bağlı açıqlamasını sosial şəbəkədə yayıb.

Silva 2020-ci ildən "Real Sosyedad"da çıxış edir. O, komandanın heyətində 93 oyun keçirib, 7 qol vurub və 18 məhsuldar ötürmə verib.

Yarımmüdafiəçi daha əvvəl "Mançester Siti", "Selta", "Eybar" və "Valensiya"da çıxış edib.