Daha bir ulduz Türkiyəyə gedə bilər

"Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Bek karyerasını Türkiyədə davam etdirə bilər.

Sportline.az xəbər verir ki, klub rəhbərliyi 26 yaşlı niderlandlını Türkiyədə transfer pəncərəsi bağlanana qədər satmaq niyyətindədir. Daha əvvəl futbolçu üçün "Qalatasaray" və "Fənərbağça"nın mübarizə apardığı bildirilirdi. Türkiyədə transfer pəncərəsi sentyabrın 15-də bağlanır.