Dani Alveş susacaq
"Barselona"nın keçmiş futbolçusu Dani Alveş prosesi yubatmamaq üçün məhkəmənin cinsi zorakılıq işi üzrə irəli sürdüyü ittiham aktına etiraz etmək niyyətində deyil.
Sportline.az xəbər verir ki, Alveş prosesi “sürətləndirmək” və məhkəmə prosesini uzatmamaq üçün qərardan şikayət etməyəcək.
İyulun 30-da məlum olub ki, Barselona məhkəməsi keçmiş braziliyalı müdafiəçini cinsi təcavüzdə ittiham edib. O, İspaniyada saxlanıldığı yanvarın 20-dən həbsdədir. Braziliyalını 4 ildən 12 ilə qədər həbs gözləyir.