Dani Alveşin azadlığı üçün 1 milyon avro tələb olunur

"Barselona" və Braziliya millisinin sabiq futbolçusu Dani Alveşin ailəsi məhkəməyə girov qoymaq üçün 1 milyon avro kredit götürməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, bu haqda "Mundo Deportivo"nun X sosial şəbəkə hesabında məlumat yayılıb.

Mənbənin bildirdiyinə görə, hazırda Daninin Braziliyadakı varidatına əli çatmadığına görə bu addımı atmağı düşünürlər.

Qeyd edək ki, məşhur futbolçuya ötən ilin yanvarında "Barselona" klublarından birində qıza cinsi təcavüz etmə ittihamı irəli sürülüb.

Məhkəmənin qərarı ilə Daniyə 4,5 illik həbs cəzası ilə yanaşı 150 min avro cərimə də kəsilib.