Dani Olmo "Barselona" yolunda

"Leyptsiq"in ulduz futbolçusu Dani Olmo "Barselona"nın futbolçusu olmağa yaxındır.

Sportline.az xəbər verir ki, yarımmüdafiəçinin keçidi 2024-cü ilin yayında reallaşacaq. Transfer məbləği təxminən 60 milyon avro təşkil edir.

25 yaşlı futbolçu Kataloniya klubunun yetirməsidir. Olmo 2014-cü ildə "Barselona"nın gənclər akademiyasından Zaqreb "Dinamo"suna, oradan 6 il sonra Bundesliqada çıxış edən "Leypsiq"ə keçib.

Dani Olmo cari mövsüm bütün turnirlərdə 4 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.