Danimarka klubu "Qalatasaray"ın gənc futbolçusu ilə maraqlanır
Danimarka klubu "Qalatasaray"ın gənc futbolçusu ilə maraqlanır.
Sporltine.az Sporx.com-a istinadla xəbər verir ki, "Kopenhagen" klubu "sarə-qırmızılar"dan Hamza Akmanı istəyir.
"Qalatasaray"ın akadaemiyasında yetişən futbolçu 2022-ci ildə əsas heyətə daxil olub. 19 yaşlı futbolçu üçün təklif olunan məbləğ isə 1 milyon avrodur.
Qeyd edək ki, Hamza Akmanın hazırki dəyəri 400 min avro olaraq göstərilib.