DÇ-2018: Oyunların başlanma saatı açıqlandı
FİFA 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının oyunlarının başlanma vaxtlarını açıqlayıb. SportLine.a xəbər verir ki, mundialın açılış və final matçı Moskva saatı ilə 19:00-da (Bakı vaxtı ilə 18:00-da) start götürəcək.
Qrup mərhələsinin oyunları 13:00 (Bakı vaxtı ilə 14:00), 15:00-21:00 (Bakı vaxtı ilə16:00-22:00) və 22:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq.
Pley-off mərhələsinin görüşlərinin start fiti 17:00 (Bakı vaxtı ilə 18:00) və 21:00-da (Bakı vaxtı ilə 22:00) səslənəcək.
Yarımfinal görüşlərinə 21:00 (Bakı vaxtıilə 22:00), 3-cü yer uğrunda matça isə 17:00-da (Bakı vaxtıilə 18:00) start veriləcək.