DÇ-2022-nin ən yaxşı qolu adına namizədlər açıqlanıb
Qətərdəki dünya çempionatının ən yaxşı qolu adına namizədlər bəlli olub.
Sportline.az xəbər verir ki, bu ada Səudiyyə Ərəbistanı millisindən Salem Əl-Davsari, Braziliya yığmasından Rişarlison və Neymar, Niderlanddan Kodi Qakpo, Argentinadan Entso Fernandes, Kamerundan Vensan Abubakar, Meksikadan Luis Çaves, Fransadan Kilian Mbappe, və Cənubi Koreyadan Pek Sın Xo iddia edir.
Qeyd edək ki, DÇ-2022-də ümumilikdə 172 qol vurulub. Bu isə mundiallar tarixində rekord göstəricidir.