DÇ: Abdullayev mərhələ adladı
Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.
Sportline.az xəbər verir ki, mundialın 4-cü günündə +92 kq çəki dərəcəsində çıxış edən boksçumuz Məhəmməd Abdullayev 1/16 finalda Yonas Yazeviçiuslə (Litva) üz-üzə gəlib. Döyüş idmançımızın qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, dünya çempionatının beşinci günündə Tayfur Əliyev (60 kq) Simone Spada (İtaliya) ilə, Sərxan Əliyev (71 kq) Stefen Nevnslə (Şotlandiya) qarşılaşacaq.