De Xea karyerasını bitirə bilər

 “Mançester Yunayted”in keçmiş qapıçısı David de Xea karyerasını bitirməyi düşünür.

Sportline.az xəbər verir ki, 32 yaşlı ispan onu əsas qapıçı hesab edəcək böyük klubdan təklif alacağına ümid edir. Əks halda karyerasını bitirə bilər. Səudiyyə Ərəbistanı onunla maraqlanırdı, qapıçı isə pulla maraqlanmır.

De Xea bu yay 10 ildən çox oynadığı (2011-ci ildən) "Mançester Yunayted"dən ayrıldı. O, mankunianlıların heyətində 545 oyun keçirib.