De Xea Ronaldo ilə yenidən komanda yoldaşı ola bilər
"Mançester Yunayted"in keçmiş qapıçısı David de Xea yenidən "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo ilə bir araya gəlməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 32 yaşlı ispaniyalını müqavilə imzalamağa razı salmaq üçün əlindən gələni edir. De Xea bu yay "Mançester Yunayted"lə müqaviləsi başa çatdıqdan sonra azad agentdir.
Bundan əvvəl qapıçının zədəli Tibo Kurtuanı əvəzləmək üçün "Real Madrid"in transfer siyahısında olduğu, lakin Madrid klubunun baş məşqçisi Karlo Ançelottinin De Xeanın namizədliyindən imtina etdiyi bildirilirdi.