De Xea sabah azad agent olacaq
David De Xea azad agent olacaq.
Sportline.az xəbər verir ki, qolkiperin "Mançester Yunayted"lə hazırkı müqaviləsi bu gün, iyunun 30-da başa çatır. Onun müqaviləni bir mövsüm uzatmaq imkanı var idi. Tərəflər müqavilənin uzadılması ilə bağlı razılığa gəlməyiblər.
Daha əvvəl məlum olmuşdu ki, “Mançester Yunayted” yeni müqavilənin razılaşdırıldığı şərtlərdən imtina edərək De Xeaya maaşları daha da azaltmağı təklif edib.