De Xea yeni klub axtarışında
Qapıçı David de Xea karyerasını davam etdirmək üçün klub axtarışlarını davam etdirir.
Sportline.az xəbər verir ki, futbolçu “Mançester Yunayted”dən ayrılaraq azad agent statusuna sahib olub.
Qolkiper BƏƏ, Meksika və Qətər klublarından birinə keçə bilər.
Daha əvvəl qapıçının zədəli olan Tibo Kurtuanı əvəz etmək üçün "Real Madrid"in transfer siyahısında olduğu, De Xea Madrid klubunun baş məşqçisi Karlo Ançelotti tərəfindən rədd edilmişdi.