Demarai Qrey "Əl-İttifaq"a keçib

Hücumçu Demaray Qrey “Everton”dan “Əl-İttifaq”a keçib.

Sportline.az xəbər verir ki, bu transferin təxminən 10 milyon funt-sterlinq olacağı və 27 yaşlı yamaykalı futbolçunun "Əl İttifaq"la 4 illik müqavilə imzalayacağı bildirilir.

Qrey ötən mövsüm 36 oyuna çıxıb , 6 qol vurub və 1 məhsuldar ötürmə edib.