Dembele PSJ-yə keçmək üzrədir

"Barselona"nın hücumçusu Usman Dembele PSJ-yə keçməyə yaxındır.

Sportline.az xəbər verir ki, PSJ Dembelenin müqaviləsində qeyd olunan futbolçunun satınalma bəndini aktivləşdirib. İndi tərəflərin bütün detalları həll etmək üçün beş gün vaxtı var.

Baş məşqçi Xavinin fransızı qalmağa inandırmağa çalışdığı bildirilir, lakin ümumilikdə hər tərəfdən bədbinlik var.

Futbolçunun "Barselona" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Dembele ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.