Dembele qərarını verdi

Usman Dembele "Barselona"dan ayrılmamaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, cinah oyunçusunun agenti Mussa Sissoko "Barsa"nın direktorları Mateu Alemani və Yordi Croyff ilə görüşərək müştərisinin müqavilənin 50 milyon avroya satın alma bəndindən istifadə etmək niyyətində olmadığını bildirib.

Tərəflər hazırda fransalı ilə 2024-cü ildə başa çatacaq müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır. "Barselona" 26 yaşlı futbolçuya 2027-ci ilə qədər yeni müqavilə təklif etmək niyyətindədir.

Banner