Dembelenin PSJ-dəki qazancı

"Barselona"nın vingeri Ousmane Dembele PSJ-yə keçsə, ildə 20 milyon avrodan çox qazanacaq və əlavə bonuslar alacaq.

Sportline.az xəbər verirr ki, artıq 26 yaşlı fransalı ilə 5 illik müqavilənin razılaşdırıldığı qeyd edilir.

Futbolçunun "Blauqrana" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır.

Cinah oyunçusu ötən mövsüm kataloniyalıların heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 8 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunun dəyərini 60 milyon avro qiymətləndirir.