Devid Bekhem: "Ağlamağa başladım"
MLS komandalarından “İnter Mayami”nin sahibi Devid Bekhem Messinin transfer prosesi ilə bağlı açıqlamalar verib.
Sportline.az xəbər verir ki, podcast proqramına qonaq olan və Ceyms Kordenin suallarını cavablandıran Devid Bekhem Messinin transfer qərarından sonra yaşadıqlarını danışdı.
“Leo, PSJ-dən ayrılacağını bildirmişdi.Yaponiyada səhər 4 ya da 5-də yatağımda idim və telefonun zəngi dayanmırdı.Viktoria meni oyatdı və telefonla eynəyimi əlimə götürüb Messinin “Mayami”yə keçməyə qərar verdiyini oxudum.Hələdə tüklərim biz biz olur.Yataqada oturub ağlamağan başladım.Viktoria, ‘Nələr olur? Problem nədir? Kim ölüb?’ dedi.Mən də Leo gəlir, Mayamiyə gəlir dedim”.
Qeyd edək ki, “İnter Mayami” ilə 19 oyuna çıxan Messinin aktivində 16 qol, 7 asist var.