Di Mariya Maradonanı geridə qoydu

Anhel Di Mariya milli komandada məhsuldar ötürmə sayına görə əfsanəvi Maradonanı geridə qoyub.

Sportline.az xəbər verir ki, "Benfika"nın təcrübəli yarımmüdafiəçisi buna Salvador seçməsi ilə oyunda (0-3 ) imza atıb.

Hazırda onun aktivində 27 asist var.

Maradona isə komanda yoldaşlarını 26 qol pası vermişdi.

Bu göstəricidə 54 məhsuldar ötürmə ilə Lionel Messi liderlik edir.