Di Mariyadan maraqlı addım

"Benfika"nın prezidenti Ruy Koşta Anxel Di Mariyanın keçidi ilə bağlı maraqlı açıqlama verib.

Sportline.az xəbər verir ki, o, "B24"ə müsahibəsində bunları deyib: "Di Mariyanın məvacibi deyildiyi kimi elə də yüksək deyil. Ümumiyyətlə o, bura gələndə nə qədər qazanacağını bilmirdi. Anxel mənə dedi ki, "Benfika" üçün məvacibdən asılı olmayaraq oynamağa hazırdır". 

Qeyd edək ki, Lissabon klubu argentinalı yarımmüdafiəçi üçün yad deyil.

O, 2007-2010-cu illərdə də bu komandanın şərəfini qoruyub.