Dibala Bred Pittlə yaxalandı

"Roma"nın hücumçusu Paulo Dibala Threads səhifəsində məşhur aktyor Bred Pittlə şəklini paylaşıb.

Sportline.az xəbər verir ki, o, paylaşımda "Bred Pittlə Silverstounda" yazıb. 

29 yaşlı argentinalı 2022-ci ildən "Roma"nın şərəfini qoruyur.

Son mövsümdə meydana çıxdığı 38 oyunda 18 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.