"Dinamo"nun yeni hədəfi

"Dinamo Moskva" "Benfika"nın yarımmüdafiəçisi Şikinyo ilə maraqlanacaq.

Sportline.az xəbər verir ki, 28 yaşlı portuqaliyalı üçün adı açıqlanmayan İtaliya və Türkiyə klubları da müraciət edir.

Şikinyo özü tezliklə "Benfika"dakı gələcəyi ilə bağlı qərar verəcək. 

Futbolçu 2018-ci ilin iyulunda "Benfika"ya keçib və komandanın heyətində 109 matçda 9 qol vurub, 10 məhsuldar ötürmə edib.