Dördqat dünya çempionu karyerasını bitirir
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Aston Martin" komandasının pilotu Sebastyan Fettel mövsümün sonunda karyerasını başa vuracaq.
Sportline.az xəbər verir ki, 35 yaşlı sürücü bu barədə sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, Sebastyan Fettel 2007-ci ildə "Formula 1"də debüt edib. Almaniyalı sürücü 2010, 2011, 2012 və 2013-cü illərdə "Red Bull"un heyətində dünya çempionu olub.