“Dortmund” futbolçusunu satışa çıxarıb
“Borussiya Dortmund”un niderlandlı futbolçusu Donyel Malenin mövsümün sonunda klubdan ayrılacağı dəqiqləşib.
Sportline.az “Sky Sport De” nəşrinə istinadən xəbər verir ki, Almaniya klubu D.Malen üçün 30 milyon avro tələb edir.
25 yaşlı futbolçunun “Borussiya Dortmund”la müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, Donyel Malen 2021-ci ildən “Dortmund”un şərəfini qoruyur.