“Dortmund” məğlub oldu

Almaniya Çempionatının 6-cı turunun oyunları davam edir.

Sportline.az xəbər verir ki, bu gün keçirilən “Yuniyon” – “Dortmund” matçında gözlənilməz nəticə qeydə alınıb. Berlin səfərinə yollanan “Dortmund” rəqibinə 1:2 hesabı ilə uduzub.

Matçda qolları Kevin Vot 26, Yorbe Vertessen 45, qonaqların təsəlli qolunu isə Juliyan Ryerson 62-ci dəqiqədə vurub.

Qeyd edək ki, “Dortmund” 10 xalla 7-ci, “Yuniyon” isə 11 xalla 6-cı pillədə qərarlaşır.