Dünya çempionatı Səudiyyə Ərəbistanında olacaq
2023-cü ildə Klublararası Dünya Çempionatı Ciddədə keçiriləcək.
Sportline.az xəbər verir ki, qərar FIFA nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfərindən sonra qəbul edilib. Səfər çərçivəsində nümayəndə heyəti Kral Abdullah İdman Şəhər Stadionunda, Şahzadə Abdullah Əl Faysal stadionunda, həmçinin yaşayış və təlim obyektlərində olub.
Turnirin oyunları 2023-cü il dekabrın 12-dən 22-dək keçiriləcək. Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilk dəfə klublararası dünya çempionatına ev sahibliyi edəcək.