Dünya çempionatında medal qazanan karateçilər Bakıya qayıdıb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında iştirak etmiş Azərbaycan karateçiləri Bakıya qayıdıb.
Sportline.az "Report"a istinadən xəbər verir ki, komandanı Heydər Əliyev beynəlxalq aeroportunda idman ictimaiyyətinin digər nümayəndələri, karateçilərin yaxınları və jurnalistlər qarşılayıb.
Karateçilərdən yalnız İrina Zaretska Azərbaycan paytaxtına gəlməyib. 68 kq-da yarışın qızıl medalını qazanan ukraynalı legioner Dubaydan ölkəsinə yollanıb.
Qeyd edək ki, dünya çempionatında həmçinin Asiman Qurbanlı (+84 kq) və Azərbaycanın kumite üzrə komandası bürünc medal qazanıb.