Dünya çempionatında rekord qeydə alındı

Yeni Zelandiyada qadın futbolçuların dünya çempionatı başlanıb.

Sportline.az xəbər verir ki, yarışın açılış matçında rekord qeydə alınıb.

Belə ki, Yeni Zelandiya və Norveç komandalarının iştirakı ilə kçeirilən açılış matçını tribunalardan 42 137 azarkeş izləyib.

Bu, Yeni Zelandiyanın futbol tarixində ilk dəfədir.  

Bundan əvvəlki rekord sözügedən ölkənin kişilərdən ibarət millisi ilə Peru komandasının görüşündə qeydə alınmışdı.

Həmin oyunu 37 034 azarkeş izləmişdi.