Dünya çempionatının yeri açıqlandı

Kişilər arasında boks üzrə 2023-cü il dünya çempionatı Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.

Sportline.az xəbər verir ki, bu barədə Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov qurumun rəsmi saytına açıqlamasında deyib.

Yarışın dəqiq tarixi hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2021-ci il dünya çempionatı 10 - 24 apreldə Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq.