Əfran İsmayılovun yeni iş yeri bilindi
"Araz-Naxçıvan"ın seleksiyaçı-məşqçi vəzifəsindən dünən ayrılan Əfran İsmayılov Premyer Liqanın digər klubunda çalışacaq.
Sportline.az xəbər verir ki, son 3 mövsümdə Naxçıvan klubunun məşqçilər korpusunda yer alan İsmayılov "Şəfa" ilə anlaşıb.
Məlumatı Bakı təmsilçisinin mətbuat xidməti yayıb.
O, debütantın vitse-prezidenti postunu tutacaq.
Qeyd edək ki, I Liqada Elgiz Kərəmlinin rəhbərliyi altında çempion olan "Şəfa" gənc baş məşqçi ilə yollarını ayırıb.
Bakılılar Premyer Liqaya dəyişikliklərlə gəlir.