"Əl-Əhli" daha bir transferə hazırlaşır
Roger İbanez “Aston Villa” və ya “Nottingem Forest”dənsə, “Əl Əhli”yə transferə daha yaxındır.
Sportline.az xəbər verir ki, "Roma"nın müdafiəçisi Yaxın Şərq klubu ilə müqavilənin şərtlərini razılaşdırıb. Tibbi müayinə Parisdə keçirilə bilər.
Bununla yanaşı, səudiyyəlilər transferin məbləği ilə bağlı İtaliya klubu ilə hələ də razılığa gəlməsələr də, danışıqlarda irəliləyiş əldə olunub.
Romalılar braziliyalı üçün ən azı 30 milyon avro almaq istəyir. "Nottingem Forest" 24 yaşlı futbolçu üçün 25 milyon avro təklif edib.