"Əl-Əhli" məşhur məşqçinin ovuna çıxıb
"Bavariya"dan ayrılandan sonra işsiz qalan Yulian Nagelsman karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportine.az xəbər verir ki, bu haqda məşhur jurnalist Rudi Qaletti "Tvitter" səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, "Əl-Əhli" klubu onun xidmətində maraqlıdır.
Qeyd edək ki, "Bavariya" ilə Almaniya çempionluğunu qazanan 35 yaşlı mütəxəssis iki dəfə Almaniya Super kubokuna da sahib olub.