"Əl-Hilal" "Qalatasaray"ın futbolçusunu istəyir
Nikolo Zaniolo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, Zaniolonun transferi üçün "Qalatasaray"la danışıqları "Əl-Hilal" aparır. Səudiyyə klubu 24 yaşlı yarımmüdafiəçi üçün 20-30 milyon avro təklif etməyə hazırdır.
Türkiyə mətbuatının verdiyi məlumata görə, Əl Hilal ona 4 illik müqavilə üçün 120 milyon avro təklif edərsə, Zaniolo transferi qəbul etməyə hazırdır. Səudiyyəlilərin yaxın günlərdə rəsmi təklif göndərəcəyi gözlənilir.