"Əl-Hilal" "Sevilya" ilə anlaşdı
"Əl-Hilal" Yassin Bononun transferi ilə bağlı "Sevilya" ilə anlaşıb.
Sportline.az xəbər verir ki, bu haqda məşhur jurnalist Fabrisio Romano tvitter hesabında məlumat yayıb.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı klubu bu transfer üçün 19 milyon + 2 milyon bonus ödəyəcək.
Klub rəsmilərinin qapıçının şəxsi müqaviləsinin detallarını da razılaşdırdığı bildirilir.
32 yaşlı qolkiperin "Sevilya" ilə 2025-ci ilədək müqaviləsi var.