"Əl-Hilal"ın Salah planı
"Liverpul"un misirli futbolçusu Mohamed Salah mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Give Me Sport" nəşri məlumat yayıb.
"Əl-Hilal" Salahı azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, 32 yaşlı hücumçu "Liverpul"la yeni müqavilə imzalamaq niyyətində deyil.
Salah 2017-ci ildən Mersisayd klubunda çıxış edir. O bu mövsüm çıxış etdiyi 43 matçda 32 qol və 22 asistlə yadda qalıb.