"Əl-İttihad" xorvatiyalı baş məşqçinin ilinə 20 milyon dollar təklif edib

"Əl-İttihad" klubu baş məşqçi postuna Xorvatiya millisinin çalışdırıcısı Zladko Daliçi gətirməyi düşünür.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Səudiyyə klubu hələ danışıqlara başlamasa da, mütəxəssisə ildə 20 milyon dollar maaş təklif ediləcəyi artıq məlumdur.

Ciddə klubunu bundan əvvəl argentinalı baş məşqçi Marselo Qallardo çalışdırırdı.

Qeyd edək ki, Zlatko Daliçin Xorvatiya millisi ilə müqaviləsi 2026-ci ilin yayında başa çatacaq.