"Əl-Nəsr" dayanmaq istəmir: bu dəfə Kleman Lanqle...
"Barselona" Səudiyyə Ərəbistanı klubuna müdafiəçi Klement Lanqleni transfer etmək üçün "Əl-Nəsr" ilə danışıqlar aparır.
Sportline.az xəbər verir ki, 28 yaşlı fransız ötən mövsüm icarə əsasında "Tottenhem"də çıxış edib. O, 35 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Lanqle 2018-ci ildən "Barselona"da çıxış edir. Onun kataloniyalılarla müqaviləsi 2026-cı ilə qədərdir. "Transfermarkt" müdafiəçinin dəyərini 10 milyon avro qiymətləndirir.