"Əl-Nəsr"dən məşhur qapıçıya təklif
Andre Onana Kriştiano Ronaldo ilə eyni komandada ola bilər.
Sportline.Az "CBS Sports"a istinadən bildirir ki, "Əl-Nəsr" "İnter"ə qapıçı üçün sərfəli təklif edib. Həmçinin Səudiyyə klubu “Mançester Yunayted”lə müqaviləsi ötən mövsümün sonunda başa çatan David De Xea ilə də maraqlanır.
“Mançester Yunayted” də Onana üçün bu həftə milanlılara 50 milyon avroluq təklif etməyi düşünür . "Əl-Nəsr"in qapıçı uğrunda mübarizəyə girməsi ilə əlaqədar olaraq, “Mançester Yunayted” transfer işini sürətləndirə bilər.