"Əl-Nəsr"in yeni baş məşqçisi müəyyənləşdi

Kriştianu Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubuna yeni baş məşqçi təyin olunub.

Sportline.az xəbər verir ki, klubu 61 yaşlı portuqaliyalı Luiş Kaştru çalışdıracaq .

Əvvəllər o, “Portu” və “Şaxtyor”da çalışıb. Karyerası ərzində mütəxəssis Ukrayna çempionluğunu qazanıb, həmçinin “Əl-Duhail”lə Qətər Əmir Kubokunun qalibi olub.

Ronaldo onu səudiyyəlilərin təklifini qəbul etməyə şəxsən razı salıb.

Banner