"Əl-Şəbab" onu istəyir

"Nyukasl"ın müdafiəçisi və kapitan Camal Laskelles klubu tərk edə bilər.

Sportline.az xəbər verir ki, 29 yaşlı Səudiyyə Ərəbistanının "Əl-Şəbab" komandasının hədəfindədir.

Səudiyyə Ərəbistanında transfer pəncərəsi cümə axşamı, sentyabrın 7-də bağlanacaq.

Müdafiəçi 2014-cü ildən "Nyukasl"da çıxış edir. Bu müddət ərzində o, 225 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.