Əliyar Ağayev İngiltərə - Almaniya oyununu idarə edəcək

Azərbaycanın FİFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatı üçün növbəti təyinatını alıb.

Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Ə.Ağayev C qrupunun 3-cü turunda keçiriləcək İngiltərə - Almaniya matçının baş hakimi olacaq. Ona yan xətdə  Zeynal Zeynalovla Akif Əmirəli kömək edəcək.

İyunun 28-də "Batumi Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Əliyar Ağayev Gürcüstan və Rumıniyada təşkil olunan Avropa çempionatında daha əvvəl A qrupunda açılış matçını - Belçika - Niderland (0:0) oyununu idarə edib, C qrupunun 2-ci turunda isə Çexiya - Almaniya matçının (2:1) 4-cü hakimi olub.