Elmar Qasımov zirvəni qorudu
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, siyahının ilk "10-luğ"unda dörd cüdoçumuz yer alıb.
Ən yaxşı göstərici isə Elmar Qasımovun (100 kq) aktivindədir. İdmançımız öz çəkisində liderliyini qoruyub.
Rüstəm Orucov (73 kq) 2-ci, Orxan Səfərov (60 kq) 3-cü, Nicat Şıxəlizadə (66 kq) 9-cudur.
Digər cüdoçularımızdan İlqar Müşkiyev (60 kq) 15, Elxan Məmmədov (100 kq) 18, Uşanqi Kokauri (+100kq) 23, Məhəmmədəli Mehdiyev (90 kq) 25, Tərlan Kərimov (66 kq) 35, Abdulhaqq Rəsullu 62, Aişə Qurbanlı isə (48 kq) 39-cu yerin sahibidir.
Qeyd edək ki, cüdo növündə Olimpiadaya reytinqə əsasən lisenziya verilir.