Elmar Qasımov zirvəni qoruyur
Beynəlxalq Cüdo Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, may ayına olan siyahıda ən yaxşı göstərici Elmar Qasımovun aktivindədir. 100 kq çəki dərəcəsindəki təmsilçimiz liderliyi davam etdirir.
Həmin çəkidəki digər cüdoçumuz Elxan Məmmədov isə 4 pillə irəliləyərək 14-cü yerə yüksəlib. Ötən ay 73 kd-da 1-ci yerdə qərarlaşan Rüstəm Orucov mövqeyini koreyalı Çan-Qrim Anuya təhvil verib. Digər cüdoçularımıza gəlincə, 60 kq-dək çəki dərəcəsində Orxan Səfərov 6, İlqar Müşkiyev 14-cü yerdədir. 66 kq-dək çəkidə isə Nicat Şıxəlizadə 12, Tərlan Kərimov 35-ci pillənin sahibidir.