Emin Bayram Türkiyə klubu ilə yeni müqavilə imzalayacaq

Emin Bayram Türkiyə klubu ilə yeni müqavilə imzalayacaq.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 20 yaşlı futbolçunun "Qalatasaray" klubu ilə müqavilə müddəti 2026-cı ildə başa çatacaq. 

Türkiyə nəhəngi isə hazırda Belşikanın "Vesterlo" klubunda icarə əsasında çıxış edən gənc futbolçusu ilə yeni müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, Emin Bayram "Vesterlo" klubu ilə çıxdığı 23 oyunda 1 qol, 3 asistlə yadda qalıb.