Emin Mahmudov rəqib futbolçunu fərqləndirdi

"Neftçi"nin kapitanı Emin Mahmudov Moskva "Spartak"ı ilə oyunla bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, o, championat.com saytına açıqlmasında rəqib komandanın heyətində Kvinsi Promesi fərqləndirib:

"Spartak"ın heyətində Promesin oyununu çox bəyəndim. Fikrimcə o, rəqib komandanın ən yaxşısı idi. Çox güclü futbolçudur. "Kadis"dən gələn Bonqonda da yaxşı oyunçudur".

Qeyd edək ki, "Neftçi"nin "Spartak"la yoldaşlıq oyunu 2-0 hesabı ilə Moskva təmsilçisinin xeyrinə nəticələnib.