"Empoli" klubuna yeni baş məşqçi təyin olunub

Seria A klublarında "Empoli"nin yeni baş məşqçisi məlum olub.

Sportline.az İtaliya klubunun rəsmi saytına istinadla xəbər verir ki, Toskana təmsilçisi 48 yaşlı mütəxəssis Roberto D'Aversaya tapşırılıb.

Təcrübəli çalışdırıcı ilə müqavilə 2026-cı ilin iyununa kimi imzalanıb.

Məşqçilər korpusunda Salvatore Sullo, Marko Piççioni, Luici Turci, Danilo Massi və Rikkardo Raqnaççi də yer alıb.

Qeyd edək ki, italiyalı baş məşqçi daha əvvəl "Leççe", "Sampdoriya" və "Parma" kimi klublarda çalışıb.