Ən məşhur "Real" və "Barsa" fanatları
Bu gün İspaniya "La Liqa"sında növbəti "El Klasiko" baş tutacaq. SportLine.az xəbər verir ki, mühüm oyun ərəfəsində goal.com saytı ən məşhur "Real Madrid" və "Barselona" fanatları barədə yazı dərc edib. Yazıda bir çox sahədən məşhur simalar yer alıb.
Beləliklə, ən məşhur "Real Madrid" azarkeşləri:
Rafael Nadal (tennisçi), Fernando Alonso (F1 pilotu), Roje Federer (tennisçi), Riki Martin (sənətçi), Xulio İqlesias (musiqiçi), Useyn Bolt (atlet), Antonio Banderas (aktyor);
Ən məşhur "Barselona" azarkeşləri:
Kobe Braynt (basketbolçu), Castin Biber (musiqiçi), Luis Hamilton (F1 pilotu), Şakira (musiqiçi), Məcik Conson (basketbolçu), Sebastyan Fettel (F1 pilotu), Snuup Doqq (reper), "One Direction" (musiqi qrupu).
Xatırladaq ki, "Real Madrid" - "Barselona" matçının start fiti bu gün saat 21:15-də səslənəcək.