Enrike Mbappe ilə bağlı qərar verdi
PSJ-nin baş məşqçisi Luis Enrike Mbappenin xidmətindən yararlanmaq qərarına gəlib.
Sportline.az o, klubun saytına açıqlamasında Kilianın "Tuluza" ilə oyunda meydana çıxacağını bildirib:
"Kilian əla formadadır. Eyni zamanda istəklidir. Belə bir dünya səviyyəli futbolçum olduğu üçün çox şadam".
Qeyd edək ki, klub rəhbərliyi 24 yaşlı forvarda yeni müqavilə bağlamayacağı təqdirdə ehtiyyatda qalacağı ilə bağlı ultimatum vermişdi.
Görünür, tərəflər arasında son danışıqlar müsbət nəticələnib.