Enrike PSJ ilə son detalları razılaşdırır
İspaniyalı mütəxəssis Luis Enrike PSJ ilə danışıqları başa vurmaq üçün Parisdədir.
Sportline.az "Sports Zone"nin "Tvitter" səhifəsinə istinadla xəbər verir ki, o, klub rəhbərliyi ilə son detalları razılaşdırır.
Enrike komandası ilə birlikdə klubun bazasını da ziyarət edib.
Qeyd edək ki, 53 yaşlı məşqçinin son iş yeri İspaniya millisi olub.
Bundan əvvəl isə o, "Barselona", "Selta" və "Roma"nı çalışdırıb.